Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi" sabiq yetirməsi ilə 120 min dollara anlaşdı – KİV
    2.06.2023 12:54:33

    “Neftçi”nin prezidenti Kamran Quliyevin dünən verdiyi açıqlama təsadüfi deyilmiş. Klub rəhbəri komandanın yayda 7-8 futbolçuyla güclənəcəyini deməklə mümkün heyət islahatlarının anonsunu vermiş oldu.

    Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” artıq transfer çalışmalarına başlayıb. Əsasən komandanın yerli oyunçu potensialını artırmağa çalışan rəhbərlik diqqətini ilk olaraq yerli bazara yönəldib. Milliləşdirilmiş Filip Ozobiç və komandanın yetirməsi Emil Balayevin transferi bu məqsədə xidmət edir.

    Klub təkzib etsə də, Ozobiçlə 2 illik müqavilənin razılaşdırıldığı bəllidir. “Qarabağ”la anlaşması bitən və azad agentə çevrilən yarımmüdafiəçi növbəti 2 ili “Neftçi”də keçirməlidir. Onun ilinə 240 min dollar qazanacağı deyilir.

    2016-cı ildə “Slaven”dən (Belupo) “Qəbələ”yə "Neftçi"nin indiki meneceri Zaur Əzizov vasitəsilə gələn xorvat 2018-də “Qarabağ”a azad agent kimi keçmişdi. 32 yaşlı oyunçu indi də Ağdam klubunu əzəli rəqibinə dəyişir.

    Emil Balayevə gəlincə, “Neftçi”nin yetirməsi “Sumqayıt” və “Araz-Naxçıvan”a icarəyə verilmiş, 2016-cı ildə klubla birdəfəlik vidalaşmışdı. Almaniyada “Ayntraxt”ın düşərgəsində 1 il qaldıqdan sonra “Qarabağ”a keçən qapıçı “Səbail”, “Tobol” (Qazaxıstan), “Zirə”, növbəti dəfə “Qarabağ” və “Turan” (Qazaxıstan) klublarında oynamış, ötən yay yenidən “Səbail”ə gəlmişdi. 29 yaşlı qolkiper indi növbəti dəfə “Neftçi”də oynayacaq. Futbolçunun illik 120 min dollar maaşa anlaşdığı və 2 illik müqavilə bağladığı deyilir.

    Bakılıların vidalaşacağı oyunçular da var. Müqaviləsinin müddəti bitən Vato Arveladze və Sezar Meza Kollinin yola salınacağı dəqiqdir. Sabah keçiriləcək Kubokun finalından sonra yeni adlar da bəlli olacaq.

    Futbol

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42
    Futbol

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27
    Futbol

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25
    Futbol

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45
    Futbol

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13
    Futbol

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved