Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "7-8 transfer edəcəyik, Top-5-dən futbolçularla danışıq aparılır" – Kamran Quliyev
    1.06.2023 19:52:07

    "Yaxşı transferlər etməyi planlaşdırırıq. Ciddi klublarda çıxış edən futbolçularla danışıq gedir. Hətta söhbət Top-5 liqaların komandalarının futbolçularından gedir".

    Prosport.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.

    45 yaşlı funksioner baş məşqçi Laurentsiu Reqekampfa inandıqlarını bildirib: "Daha güclü heyətə malik olacağıq. Dəyişməyin də mənası olmalıdır. Komanda tam da istədiyimiz oyunu göstərə bilmir. Amma biz baş məşqçiyə, futbolçulara da inanırıq. Gələn oyunçular yeni rəng qatacaqlar. Təkcə Azərbaycan Premyer Liqası üçün yox, Avropada uğur qazanmaq üçün çox ambisiyalı heyət yığırıq. Bir az gözləmək lazımdır. Artıq çox aktiv işlər gedir. Minimum 7-8 transfer olacaq. Demək olar ki, hər mövqeyə oyunçu alacağıq.Yaxşı futbolçu tapmaq çox çətindir. Hər il Sabir Buqrin və Mamadu Kane kimi oyunçu gətirmək asan deyil".

    Quliyev Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 1 və ya 2 oyunçunu heyətlərinə qata biləcəklərini vurğulayıb. O, "Səbail"in qapıçısı Emil Balayev və "Qarabağ"dan ayrılan Filip Ozobiçin də "ağ-qaralar"a mümkün keçidini istisna etməyib: "Ola bilər. Hələlik hər şeyi deməyim".

    Klub prezidenti Azərbaycan Kubokunu qazanacaqlarına inandığını söyləyib: "Komandaya, baş məşqçiyə və azarkeşlərə böyük ümidimiz var. Bildiyim qədər stadion da dolu olacaq. Bizim üçün çox vacib qarşılaşmadır. "Neftçi" hər zaman meydana qələbə üçün çıxır. Qalib gələcəyimizə inanıram".

    O, Anatoli Banişevskinin adının 8-ci km stadionuna verilməsi ehtimalına da toxunub: "Anatoli Banişevskinin layiq olmadığı bir şey yoxdur. "Bakcell"lə müqavilə başa çatıb. Amma stadion AFFA-ya məxsusdur. Gələcəkdə burada təmir və kommersiya yönümlü işlər görməyi planlaşdırırıq. Stadiona ad vermək bir günün işi deyil. Bu, ölçülmüş qərar olmalıdır. Anatoli Banişevski və "Neftçi" adı həmişə yanaşı çəkilir".

    Quliyev son olaraq "Neftçi"nin sabiq futbolçusu Zaur Tağızadənin mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb: "Zaur Tağızadə ilə dostuq. Ondan başqa da klubda iz qoyub gedənlər olub. Əgər o və onun kimilər iş axtarışında olsalar, birinci onlara dəvət göndərərik. Amma bilirsiniz ki, digər klubda fəaliyyət göstərirlər. Klubun tarixinə düşənlər üçün həmişə iş olacaq".

    Futbol

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45
    Futbol

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18
    Futbol

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31
    Futbol

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55
    Futbol

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50
    Futbol

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved