AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.
Prosport.Az xəbər verir ki, ki, İntizam Komitəsinin mayın 3-də verdiyi qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Vüqar Əliyev "Turan Tovuz"la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında rəqibin rəsmi şəxslərinə qarşı qeyri-etik hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə almışdı. Bu səbəbdən İntizam Komitəsi emosional olan tərcüməçini 5 oyunluq cəzalandırmış, paytaxt təmsilçisi isə 4 min manat məbləğində cərimələnmişdi.