“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində finala çıxıb.
Prosport.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu U-14 beynəlxalq turnirdə yarımfinal matçına çıxıb.
Komandamız yarımfinalda Rusiyanın "Pskov" klubu ilə görüşüb. Oyun 1:0 hesabı ilə başa çatıb. “Qarabağ”ın qoluna 32-ci dəqiqədə Cavidan Əlizadə imza atıb. Beləliklə, "Qarabağ" finala yüksəlib.
Qeyd edək ki, final matçı Bakı vaxtı ilə 16:50-də Belarusun BATE klubu ilə keçiriləcək. "Köhlən atlar" Borisov təmsilçisinə qrupda 0:1 məğlub olub.
