“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası (U-14) Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə darmadağınla başlayıb.
Prosport.Az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu U-14 Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Lavina”sı ilə görüşüb.
C qrupunda yer alan komandamız bu qarşılaşmada 6:0 hesabı ilə qalib gəlib. 2-ci dəqiqədə Əhəd Hacızadə hesabı açıb. Oyunun 4 və 6-cı dəqiqələrində Daniil Rəcəbov, 8-ci dəqiqədə Vaqif Nəbiyev, 20-ci dəqiqədə Seyid Zalov, 39-cu dəqiqədə Murad İsmayılov qol vurub.
Qeyd edək ki, komandamız qrupdakı digər 2 matçını sabah keçirəcək. “Qarabağ” öncə Moskva “Rotor”u ilə, ardınca BATE ilə qarşılaşacaq.
