Belarusun paytaxtı Minskdə keçirilən "Bizim gələcəyimiz" adlı turnirdə iştirak edən "Qarabağ"ın 13 yaşadək komandası (U-13) 1/4 final qarşılaşmasında uduzub.
Prosport.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Elşad Xudadatovun baş məşqçisi olduğu U-13 1/4 finalda Rusiyanın "Baltika" komandası ilə qarşılaşıb.
Komandamızın üstünlüyü ilə keçən matçda rəqib əlinə düşən 1 real qol vəziyyətindən səmərəli yararlanıb. Beləliklə, komandamız rəqibinə 0:1 uduzub.
Qeyd edək ki, "Qarabağ" sabah Bakı vaxtı ilə saat 11:15-də BATE ilə 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.

