“Neftçi”nin futbolçusu Alfa Kontenin şərəfini qoruduğu Syerra Leone milli komandasının Sudan və Botsvana yığmaları ilə martın 22-də və 25-də keçirməli olduğu yoldaşlıq oyunları ləğv olunub.
Prosport.Az xəbər verir ki, səbəb Sudan və Botsvana yığmalarının bu matçlardan imtina etməsidir.
Buna görə də Konte milli komandanın düşərgəsinə yollanmayacaq.

