"Qarabağ" bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionu Almaniyada "Bayer" komandası ilə üz-üzə gələcək.
"BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.
UEFA Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunu
14 mart
00:00. "Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Entoni Teylor.
Leverkuzen, "BayArena".
İlk oyun - 2:2.
Qeyd edək ki, bu komandalar cari mövsüm Avropa Liqasının qrup mərhələsində də üz-üzə gəliblər. "Qarabağ" hər iki görüşdə rəqibinə uduzub - 1:5, 0:1.

