Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Şuşa veloyürüşündə Monqolustandan da komanda iştirak edəcək – SİYAHI
    30.05.2023 19:03:04

    İyunun 7-dən 11-dək təşkil ediləcək Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan "Əziz Şuşa” beynəlxalq velosiped yarışının iştirakçıları müəyyənləşib.

    Prosport.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq veloturda dünyanın 16 ölkəsindən 18 komandanın tərkibində 100-dən çox idmançı şose velosipedinin qrup ötüşməsi növü üzrə mübarizə aparacaqlar.

    Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı, 5 mərhələli yarışda Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyənin “Sakarya BB Pro Team”, Niderlandın “Universe Cycling Team”, Qazaxıstanın “Vino SKO Team” və “Almaty Astana Motors”, Almaniyanın “Team Storck – Metropol Cycling” və “Saris Rouvy Sauerland Team”, Monqolustanın “Ferei Mongolia Team”, Misirin “Suez Canal Discovery”, Filippinin “NSJBI Victoria Sports Cycling Team”, Belçikanın “Bataia Brigade”, Çinin “China Glory Cycling Team”, İsveçrənin “CLN Guergiotti Pro Cycling Team”, İtaliyanın “Team Technipes Inemiliaromagna” və Ruandanın “May Stars Cycling” klubları iştirak edəcəklər.

    Yarışa iyunun 7-də Bakının Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər. İdmançılar iyunun 8-də Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2 km, iyunun 9-da Qəbələdən Gəncə şəhərinin mərkəzinə qədər 170 km, iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.

    Nüfuzlu yarışın nəticələrinə əsasən velosipedçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.

    Digər idman növləri

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03
    Digər idman növləri

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55
    Digər idman növləri

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54
    Digər idman növləri

    Beşqat olimpiya çempionundan Bakıda yarışan cüdoçulara müraciət

    7.10.2026 12:31:45
    Digər idman növləri

    VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək

    6.10.2026 20:20:38
    Digər idman növləri

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved