UEFA Avropa Liqasının "X" hesabı 1/8 final mərhələsində keçirilmiş "Qarabağ" – "Bayer" (Almaniya) oyunu ilə bağlı paylaşım edib.
Prosport.Az xəbər verir ki, Avropa futbol qurumu "köhlən atlar"ın hücumçusu Juninyunu fərqləndirib.
Postda "Juninyu "Bayer" ilə oyunda şou göstərdi" yazılıb, braziliyalı forvardın həmin qarşılaşmdakı məhsuldar ötürməsi və qolu paylaşılıb.
Qeyd edək ki, Bakıdakı görüş heç-heçə (2:2) ilə yekunlaşıb. Leverkuzendəki cavab matçı martın 14-də reallaşacaq.

