"Qarabağ"ın sabiq futbolçusu Kadinin çıxış etdiyi Rusiyanın "Krasnodar" klubu baş məşqçisi Vladimir İviçlə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, serbiyalı mütəxəssisin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Vladimir İviç 2023-cü ilin yanvarından "Krasnodar"da işləyib. Rusiya Kubokunda mübarizəni dayandıran komanda hazırda çempionatda 39 xalla 2-ci sırada qərarlaşıb. Lider "Zenit"in 40 xalı var.

