Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Boks
    “Qadın milli üçün əlavə proqram hazırlamışıq" – Federasiya prezidentinin müşaviri
    13.03.2024 11:05:46

    İtaliyanın Busto Arsistyo şəhərində keçirilmiş I Dünya Olimpiya Təsnifat Turnirində iştirak edən Azərbaycan milli komandası Vətənə qayıdıb.

    Prosport.Az xəbər verir ki, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Boks Federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıb.

    Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, komandanın yarışda çıxışı çox yüksək qiymətləndirilməlidir: “113 ölkə arasında lisenziya qazanmaq təqdirəlayiq haldır. Nəzərə alaq ki, bir çox ölkə, o cümlədən Ermənistan və Gürcüstan vəsiqəyə sahib ola bilmədi. İndiyədək kişilər arasında 3 lisenziya qazanmaqla, dünya ölkələri sırasında 7-11-ci yerləri bölüşürük. Əminik ki, Tailandda keçiriləcək növbəti təsnifat turnirində digər 4 çəkidə də uğur qazana biləcəyik. Eyni zamanda, qadın boksçulardan ibarət milli üçün də əlavə proqram hazırlamışıq. Onların da lisenziya qazanacaqlarına ümid edirik. Əminik ki, Paris-2024-ə kişi boksçularımız maksimum vəsiqə ilə yollanacaq”.

    O, son illər federasiyanın fəaliyyətində ciddi dəyişikliklər olduğunu, aparılan islahatlar nəticəsində Avropa və dünya çempionatlarında kifayət qədər ciddi nailiyyətlər əldə edildiyini, 2022-ci ildə 77 medal, ötən il bu rəqəmin 179-a yüksəldiyini də vurğulayıb: “Bu göstərir ki, apardığımız siyasət doğrudur. Paris-2024-də nəticələr daha da yaxşı olacaq”.

    Kişi boksçulardan ibarət millinin böyük məşqçisi Nəriman Abdullayev yarışın çox gərgin keçdiyini və turnirə dünyanın ən güclülərinin qatıldığını deyib: “Boksçularımız özlərini yaxşı tərəfdən göstərdi. Nicat Hüseynov 4 döyüş keçirdi və titullu boksçular qarşısında öz sözünü dedi. Fikirləşirik ki, o, Olimpiadada da medal qazanacaq. Qarşıda daha bir lisenziya yarışımız var. Söz veririk ki, orada da vəsiqə qazanacağıq”.

    İtaliyada Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Nicat Hüseynov yaxşı hazırlıq keçdiklərini və bunun nəticəsində uğura yiyələndiyini bildirib. Onun sözlərinə görə, hər bir görüşü çətin keçsə də, inamlı taktika sayəsində uğur qazanıb. Hüseynov Paris-2024-də də Azərbaycan bayrağını yüksəklərə qaldırmaq üçün Oyunlara var gücü ilə hazırlaşacağını deyib.

    Onun şəxsi məşqçisi Vüqar Ağalarov isə yetirməsinin uğur qazanacağına əvvəldən də inandığını qeyd edib. O bildirib ki, bu hamımızın, Azərbaycanın qələbəsidir: “Nicat 51 kq çəki dərəcəsində ən cavan boksçulardan biri idi və inanıram ki, onun daha böyük uğurları irəlidədir”. 

    Qeyd edək ki, II Dünya Olimpiya Təsnifat Turniri mayın 23-dən iyunun 3-dək Tailandın paytaxtı Banqkokda keçiriləcək.

    Boks

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    Döyüş növləri

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Boks

    Boksçularımızdan Avropa çempionatına uğurlu start

    18.09.2026 10:23:24
    Boks

    Avropa çempionatı: Boksçularımızın ilk rəqibləri bilindi

    16.09.2026 21:40:54
    Boks

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    14.09.2026 16:07:03
    Boks

    Azərbaycan Avropa çempionatını 2 medalla başa vurdu

    21.08.2026 20:25:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved