"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinin iki yoxlama oyunu üçün yekun heyətində yer alıb.
Prosport.Az Rusiya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı qolkiperin adı son siyahıya daxil edilib.
Qeyd edək ki, Rusiya millisi Moskvada martın 21-də Serbiya, martın 25-də isə Paraqvayla qarşılaşacaq.
Xatırladaq ki, Lunyovun adı martın 1-də açıqlanan genişləndirilmiş heyətə də daxil edilmişdi.

