Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    "Gözlərinə baxanda hiss edirdim ki, Qarboyan məndən çəkinir" – Nicat Hüseynov
    12.03.2024 14:56:10

    “Püşk məni çox çətin rəqiblərlə üz-üzə qoymuşdu. Keçirdiyim 4 görüşün hər birində güclü və titullu boksçularla döyüşdüm”.

    Prosport.Az xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan millinin boksçusu Nicat Hüseynov (51 kq) deyib.

    İkiqat Avropa çempionumuz Fransa paytaxtına vəsiqə qazandığı İtaliyanın Busto Arsitsyo şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində çıxışını dəyərləndirib. O bildirib ki, yarışa yollananda yalnız bir məqsədi olub: “Komandamız çox yaxşı hazırlıq keçmişdi. Hazırda yaxşı formadayam və İtaliyaya yollanarkən də özümə inanırdım. Məqsədim yalnız yarımfinala yüksəlmək və Vətənə lisenziya ilə dönmək idi. Döyüşlərimə gəlincə, hər biri çətin keçdi. Startda dünya çempionatının hindistanlı bürünc medalçısı Deepak Deepakı, ardınca mundialın gürcüstanlı finalçısı, Avropa çempionu Sahil Alahverdovini mübarizədən kənarlaşdırdım”.

    Hüseynovun sözlərinə görə, 1/8 finala daha rahat çıxıb və Avropa çempionatının 2-cisi olan erməni Rudolf Qarboyanla görüşdə qələbə qazanacağına arxayın olub: “Çünki U-22-lər arasında Avropa çempionatının finalında ona 1 dəfə qalib gəlmişdim. Gözlərinə də baxanda hiss edirdim ki, məndən çəkinir. Yekunda inamlı döyüşlə mərhələ adladım”.

    Nicat 1/4 finalda isə Roskoe Hillə (ABŞ) əzmkarlığı sayəsində qalib gəlib: “Ona 1-ci raundda uduzduqdan sonra özümü toparladım. Hillədək ən güclüləri məğlub etmişdim. Ağlımda ancaq qələbə və lisenziya qazanmaq idi. Şükürlər olsun ki, dünya çempionatının daha bir finalçısına qarşı əzmkarlıq göstərdim və qələbə qazandım”.

    Yığmanın lideri artıq Paris-2024-ə hazırlaşacağını vurğulayıb: “Hədəfim daha yaxşı forma yığıb, Azərbaycana boksda ilk qızıl medalı qazandırmaqdır. Olimpiadada ancaq çempionluq barədə fikirləşirləşəcəyəm”.

    Qeyd edək ki, Nicat Hüseynovdan öncə III Avropa Oyunlarında Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Olimpiadada iştirakını rəsmiləşdirib.

    Döyüş növləri

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının yarımfinalında

    21.11.2026 12:43:57
    Boks

    Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda

    18.11.2026 23:11:25
    Döyüş növləri

    Daha bir boksçumuz 1/4 finalda

    18.11.2026 19:47:37
    Boks

    Erməni idmançı diskvalifikasiya olundu, boksçumuz mərhələ adladı

    18.11.2026 10:39:57
    Döyüş növləri

    Bu federasiyaya yeni baş katib təyin olundu

    16.11.2026 20:15:01
    Döyüş növləri

    Avropa çempionatı: 2 boksçumuz startda erməni ilə qarşılaşa bilər

    16.11.2026 11:20:15
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved