Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.
Prosport.Az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Entoni Teylora Qari Besvik və Adam Nann kömək göstərəcək. 4-cü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR-da Stüart Atuell, AVAR-da Cared Cilett (Avstraliya) əyləşəcək.
Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

