Bolqarıstanın "Arda" komandasında çıxış edən Cəlal Hüseynov Azərbaycanın U-21 millisinə dəvət alıb.
Prosport.Az xəbər verir ki, 21 yaşlı müdafiəçi U-21-ə Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Ukrayna ilə matçlar üçün çağırılıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də İngiltərə, bundan 4 gün sonra Ukraynanı qəbul edəcək. Hər iki qarşılaşma "Azərsun Arena"da gerçəkləşəcək.

