Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.
Prospekt.Az xəbər verir ki, qarşılaşmalar aprelin 2-3-də gerçəkləşəcək.
İlk gündə əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” birincilərin meydanında üz-üzə gələcək. Ertəsi gün “Qəbələ” paytaxtda “Zirə”nin qonağı olacaq.
Azərbaycan Kuboku
Yarımfinal
2 aprel
20:00 “Neftçi” – “Qarabağ”
“Neftçi Arena”
3 aprel
19:00 “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

