Azərbaycan Premyer Liqasında XXVIII turun oyun cədvəli məlum olub.
Prosport.Az xəbər verir ki, turun görüşləri 3 günü əhatə edəcək.
Stadionunda əsaslı təmir və yenidənqurma işləri aparılan “Kəpəz”in müraciəti, “Qarabağ” klubunun razılığı ilə Gəncə təmsilçisi bu tur ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
29 mart
16:30 “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu
19:00 “Kəpəz” – “Qarabağ”
Tofiq Bəhramov adına Respublika stadionu
30 mart
16:30 “Səbail” – “Turan Tovuz”
“ASCO Arena”
19:00 “Sabah” – “Zirə”
“Bank Respublika Arena”.
31 mart
18:00 “Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

