Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Avropa Liqasını ya "Bayer" qazansın, ya da biz" – Qurban Qurbanov
    10.03.2024 22:19:36

    "Qarabağ" Azərbaycan Premyer Liqasının XXVI turunda öz meydanında "Zirə"ni 3:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Futbolçularımı təbrik edirəm. Bir az narahatlığım var idi. Bəzi oyunçular oyun ritmindən uzaq idi. Meydanda hardasa hiss olundu. Bir az boşluqlarımız oldu. "Zirə" həmin fürsətlərdən istifadə edə bilmədi. Ümumən maraqlı oyun oldu və vacib 3 xal qazandıq.

    – Kevin Medina uzun fasilədən sonra qayıtdı. O tam olaraq hazırdır?
    – Yenidən yaşıl meydanlara döndüyü üçün sevinirik. Amma ağır idi. Öz optimal formasını qaytarmaq üçün bir az vaxt lazım olacaq. "Bayer"lə oyunda hansısa dəqiqələrdə lazım olsa, biləcəyik ki, Kevin var, istənilən an meydana çıxa bilər. Bu bizim üçün üstünlükdür.

    – Azarkeşlərin "Bizi finala çıxar" şüarı var idi. Buna münasibətiniz necədir?
    – Biz bu fikirlərdən uzaq olmalıyıq. Fikrimizi tam olaraq "Bayer"lə oyuna yönəltməliyik. Bəzən real olmayan bir şeydən danışmaq düzgün çıxmaz. İstənilən qalibiyyət bizim üçün sevincdir. Fikrimizi şüarlara, yazılara yönləndirməyək.

    – Yassin Benzya və Juninyunun durumu necədir?
    – Benzya ilə bağlı hər şey normaldır. Juninyunun durumu isə düşündüyümüzdən daha yaxşıdır. Hələ qarşıda günlər var. Əsas heyətdə olmasa da, sonradan meydana girmək şansı var.

    – Mərhələ keçmək şanslarını necə dəyərləndirirsiniz? Nəzərə alsaq ki, Elvin Cəfərquliyev və Juliu Romau da meydanda olacaq...
    – Onların qayıtması üstünlükdür. Orada daha intizamlı olmalıyıq. Rəqib öz azarkeşlərinin önündə oynayır. Leverkuzendə temp buradakından daha yüksək olacaq. Buna dözməliyik. Sabahdan başlayaraq həmin oyuna hazırlaşacağıq. Futbolçular çox yorulub. Onların durumuna görə heyət quracağıq

    – Avropada yaşayan türklər "Qarabağ"a dəstək kampaniyası başladıb. Bu sizə nə dərəcədə kömək edəcək?
    – Çox kömək olacaq. Dəfələrlə demişəm ki, azarkeş futbolun inkişafı üçün səbəbdir. Futbolçu dəstəyi hiss edəndə daha güvənli, istəkli olur. Belə bir kampaniya başlayıbsa, onlara təşəkkür edirəm. Qardaşlarının yanında olurlar. Bizim Avropadakı oyunlarımızda öz azarkeşlərimizlə bərabər, türklər də yanımızda olub. Bu, bizim üçün böyük motivasiyadır.

    – "Bayer"lə ilk oyundan öncə çox inamlı idiniz. Bunu nəticədə də gördük. Bəs indi nəyə inanırsınız?
    – Oyundan öncə keçirilən mətbuat konfransında deyərəm. Əlbəttə ki, inam olmasa, heç meydana çıxmağa dəymir. Futbolçular inamı ilk olaraq məndə hiss etməlidir. Həmişə real baxmalıyıq. Çox yaxşı komandaya qarşı oynayacağıq. "Bayer" kompakt şəkildə güclüdür. Futbolçular bir-birini tamamlayır. Ən təhlükəlisi də odur ki, futbolçuları acdır. Böyük titullar əldə etmək istəyirlər. Eynilə baş məşqçiləri. Böyük futbolçu olub. Onun ambisiyası böyük məşqçi olmaqdır. Böyümək üçün böyüklərə qalib gəlmək lazımdır. İnam həmişə olacaq. Çalışacağıq ki, onlara qarşı yaxşı mübarizə aparaq. Oyunun sonuna qədər dözmək bizim üçün çox vacibdir. Buradakı matçın 70 dəqiqəsində Azərbaycan çempionatındakı 90 dəqiqəlik enerjini sərf etmişdik. Böyük futbol belədir. Bunu bir oyunda etmək olar. Bunun yorğunluğunu çıxarmaq üçün daha çox vaxt lazımdır. Orqanizm buna öyrəşməyib. Yürqen Kloppun bir açıqlaması var. Bilirik ki, İngiltərə Premyer Liqası digər çempionatlardan fərqlidir. O demişdi ki, UEFA Çempionlar Liqası matçları daha çətin, ağır keçir. Məsuliyyət belədir. Orada hamı çox ciddi yanaşır. Biz məğlub ola bilərik. Amma böyük komandalara qarşı mübarizə aparmağı qarşımıza məqsəd qoymalıyıq. Bunu minimum edə biləcəyik.

    – Almaniyaya səfər zamanı Şabi Alonsoya demişdiniz ki, sizə Bundesliqanı, Avropa Liqasını qazanmağı arzulayıram. Yenə o fikirdə qalırsınız?
    – Hə, qalıram. Ya o qazansın, ya da biz qazanaq. Bəli, demişdim. Düşünməzdim ki, yenə rəqib olarıq. Bir insan haqq etdiyini alırsa, buna ancaq sevinirəm. Alonsonun çox böyük futbolçu karyerası olub. Öz işinə əsl peşəkar kimi yanaşır. Bu gün Bundesliqada 1-ci yerdə olmağa layiqdir. Avropa Liqasında qalib olsa, bunu haqq edir.

    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved