Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Orxan Məmmədov prezidentliyə namizədliyini verməyib" – Rəşad Sadıqov
    10.03.2024 20:42:55

    "Zirə" Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Oyun pis getmirdi. Qola kimi hər şey planlaşdırdığımız kimi gedirdi. Müdafiədən çıxanda top itkisindən sonra rəqib ilk hissənin son dəqiqələrində fərqləndi. Bundan başqa, təhlükəli qol epizodları yox idi. Bizim isə bir epizodumuz var idi. Rəhim Sadıxov qapıya zərbə əvəzinə ötürmə verdi. 2-ci hissədə daha açıq oyun oldu. Hesabı bərabərləşdirmək üçün yaxşı fürsətlərimiz var idi. Təəssüflər olsun ki, son fazada ötürmələr, zərbələr alınmadı. Ümumən futbolçuların apardığı mübarizədən, oyun planından narazılığım yoxdur. Turnir cədvəli elədir ki, hər oyunda xal qazanmaq lazımdır. Bu gün yaxşı oyundan daha önəmli olan nəticədir. Təəssüf ki, bunu əldə edə bilmədik. Qarşıda bizi "Kəpəz"ə qarşı çox vacib oyun gözləyir.

    – Düşünmək olar ki, "Zirə" bundan sonra əsas diqqəti kuboka yönəldəcək?
    – Turnir cədvəli hələ yalnız kuboku düşünmək üçün şərait yaratmır. Önümüzdəki komanda ilə aramızda 1 xal fərq var. Növbəti tur bizim üçün olduqca vacibdir.

    – Komandalar arasında xal fərqi çox azdır. Bu, komandalara təsir edir?
    – Təbii ki. Həm psixoloji olaraq basqı altında saxlayır, həm də əlavə istəklə oynamağa vadar edir. Hər komandanın avrokuboklara vəsiqə qazanmaq imkanı var. Oyunların daha da gərgin keçməsi bununla bağlıdır. 26 turdan sonra "Qarabağ"dan başqa, digər komandaların maksimum 10 qələbəsi var. Ümumiyyətlə, çempionatda qələbə qazanmaq çox çətindir. Bu periodda oyununu qoruyub saxlayan, daha soyuqqanlı olan komanda uğurlu nəticə əldə edəcək. Çoxsaylı itkilərimiz var. Hücum xəttində oynatmağa oyunçumuz yoxdur.

    – Sesar Mesa Kolli qol vurdu. Onun komandaya faydası nə qədər olacaq?
    – Əslində bu gün onun oynamağını planlaşdırmırdıq. Sadəcə olaraq oyun elə getdi ki, düşündük, 15-20 dəqiqə ondan istifadə edək. Bir az riskli idi. Amma onun meydana girişi özünü doğrultdu. Mesa Kollinin vaxta ehtiyacı var. Düşünürəm ki, qısa müddət ərzində öz formasını bərpa edər.

    – "Zirə"nin fəxri prezidenti Orxan Məmmədovun AFFA prezidentliyinə namizəd olacağı gözlənilir. Sizin bu barədə fikirləriniz necədir?
    – Mən o səlahiyyətdə insan deyiləm ki, AFFA prezidentliyini müzakirə edim. Mən məşqçiyəm. Oyunumuz, komandam haqda danışıram. Azərbaycan futboluna uğurlar arzulayıram, yeni prezidentimiz xeyirli olsun. Mənim bildiyim qədərilə Orxan Məmmədov namizədliyini irəli sürməyib və sürməyəcək.

    – "Qarabağ" ölkə kubokunu qazansa, Premyer Liqada 2-ci yeri tutan komanda UEFA Avropa Liqasına vəsiqə qazanacaq. Sizin hədəfiniz 2-ci yerdir, yoxsa 3-4-cü yerlər də qane edəcək?
    – Gedişata baxacağıq. Bugünkü durumumuzda ən azı Avropa Konfrans Liqasına vəsiqə qazanmaq istəyirik. Amma hər komanda Avropa Liqasında oynamaq istəyər. Çünki orada məğlub olacağın təqdirdə, Konfrans Liqasına düşürsən. Hər şey gedişatdan asılıdır. Məsələn, "Turan Tovuz"la oyunda qələbəyə köklənmişdik. Amma o qədər hadisələr baş verdi ki, 1 xalla ayrıldıq. Təbii ki, 2-ci yeri tutmaq istəyirdik. Amma bu gün turnir cədvəli elədir ki, 3-cü yer də, 4-cü yer də yaxşı nəticə sayılacaq.

    – "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov mətbuat konfransında bildirib ki, hakimlər haqda danışan komandalara simpatiya var. Siz bu fikirlə razısınız?
    – Düşünmürəm ki, Azər Bağırov bizi nəzərdə tutub. Əgər ad çəkilibsə, mənim fikir bildirməyim doğru olar. Bizim oyunlarda baş verən hakim səhvlərini hamı bilir. Bu da özünü turnir cədvəlində büruzə verir. Siz simpatiya hiss edirsiniz? Mən bilmirəm. Ötən oyunda 40-cı dəqiqədən azlıqda qaldıq. Bu gün də qapımıza penalti verildi. Hələ simpatiya hiss etməmişik. Heç bunu istəmirik də. Bizə azarkeşlərin simpatiyası lazımdır. Hakimlərin kiməsə simpatiyasının olması yolverilməzdir. İstəmirəm ki, əvvəlki səhvlərə görə bu gün mənim xeyrimə səhvlər olsun. Ədalətli hakimlik olsun.

    – "Qarabağ"ın "Bayer"lə cavab oyunu haqda nə düşünürsünüz?
    – Şans hər zaman var. Təbii ki,  rəqib güclüdür. Hamımız istəyirik ki, "Qarabağ" mərhələni keçsin. İnanıram ki, belə də olacaq. Qurban Qurbanova, komandaya baxdıqda o inam gəlir. Türkiyə, Rusiya klubu olsa, deyərdim ki, şansları yoxdur. İnanıram ki, "Qarabağ" həmin gün ən uğurlu oyununu keçirib hamımızı sevindirəcək.

    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved