Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəşad Əhmədov komandamızı çökdürür" – Azər Bağırov
    10.03.2024 18:25:20

    "Maraqlı oyun oldu. Bir şeyi bilmək lazımdır ki, tək futbol yox, həm də hakimlərə qarşı oynamalıyıq. Hər dəfə bizə qarşı eyni hallar təkrarlanır. Futbolçular da insandır, onlar da əsəbləşir. Hər şey bizim əleyhimizədir. 

    Prosport.Az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın XXVI turunun “Turan Tovuz”la matçından (0:2) sonra keçirilmiş mətbuat konfransında deyib. O daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    – Hakimlər niyə sizə qarşı belə qərarlar verir?
    – Mövsümün əvvvəlində "Turan Tovuz", "Zirə" hakimlərlə bağlı danışdı. Amma biz susduq. VAR əsas hakimi çağırır. Çağırıbsa, deməli, nəsə var. Amma baş hakim öz bildiyini edir. Yəqin ki, həmin hakimin qarşısına Allahın ədaləti çıxacaq.

    – Belə düşünmək olar ki, meydandan kənarda oyunlar gedir?
    – Meydandan kənarda demirəm. Ötən dəfə dedik ki, Rəşad Əhmədov komandamızı çökdürür. Skamyada oturan 20 yaşlı uşaq da dözə bilmir. Bu qədər hakimlər var. Rəşadı başqa oyuna göndərinlər. Hisslərimizlə oynayır. Rəşadı görəndə artıq bilirəm ki, məğlub olmuşuq. 1 oyun deyil, "Sabah"la matçda VAR-da oturmuşdu, bu gün əsas hakim idi. Başqa planlarınız varsa, deyin. Komanda futbol oynayır. Cərimə meydançasında futbolçumuzu dirsəklə vururlar, "qardaşoğlu" susur. Biz necə oynayaq? Deyin, işimizi bilək. VAR çağırır, Rəşad deyir ki, baxdım, heç nə yoxdur. Məni sındırmaq üçün gəlirsə, heç nə demirəm. Sağ olsunlar, yollarına davam etsinlər.

    – Niyə sizə qarşı qərəz var?
    – Tək Azər Bağırova qarşı yox. Mən hamının hörmətini saxlamışam. "Araz-Naxçıvan" yuxarıda ola bilməz. Mən belə görürəm. "Sabah"la oyunda Rəşad məni yıxıb-sürüyür. Yenidən bizim oyuna baş hakim kimi göndərirlər.

    – "Turan Tovuz"u məğlub edə bilməmisiniz. Bu komanda sizin üçün arzuolunmaz rəqibdir?
    – Deməzdim ki, arzuolunmazdır. Əvvəlki matçlarda da pis oynamamışıq. Bu gün də komanda futbol oynadı. İlk hissədə üstünlük bizdə idi.

    – Haqqınızda bəzi iddialar var. Bu, futbolçulara təsir edir?
    – İstefa barədə deyirisinizsə, mən çox rahat adamam. Buraya öz əziyyətimlə gəlmişəm. Bu gün buradayıq, sabah başqa yerdə ola bilərik. Bu, futboldur. Amma futbolçularla aramızda heç bir problem yoxdur. Təslim olmamışıq, sadəcə, bizi tərkisilah etdilər.

    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved