Azərbaycan Premyer Liqasında XXVI tur davam edir.
Prosport.Az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.
"Turan Tovuz" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib. Qarşılaşmanın taleyini son 15 dəqiqədə vurulan qollar həll edib. 78 və 80-ci dəqiqələrdə fərqlənən braziliyalı hücumçu Aleks Souza "Turan Tovuz"a 2:0 hesablı qələbə qazandırıb.
Bu qalibiyyət sayəsində 7-ci pillədəki tovuzlular xallarının sayını 35-ə çatdırıb. Naxçıvan təmsilçisi isə 31 xalla 8-ci yerdə qalıb.
Turun əvvəlki oyunlarında “Sumqayıt” “Səbail”i səfərdə 1:0, “Sabah” “Qəbələ”ni evdə 2:1 hesabı ilə məğlub edib, “Kəpəz”lə “Neftçi” isə qollu heç-heçəyə razılaşıb – 3:3.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Qarabağ" – "Zirə" görüşü ilə yekun vurulacaq.

