Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Əvvəl Sopiçə, sonra Prosineçkiyə zəng etdim" – "Sabah"ın yeni baş məşqçisi
    9.03.2024 21:39:55

    "Sabah" Azərbaycan Premyer Liqasının XXVI turunda doğma meydanda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Masazır təmsilçisinin yeni baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Oyundan öncə futbolçulara demişdim ki, çox ağır olacaq. "Qəbələ" yaxşı komandadır. Onlar turnir cədvəlində sonuncu pillədədir. Premyer Liqada qalmaq üçün mübarizə aparırlar. Evdə 2 oyun ardıcıl qalib gəlmək asan deyil. Oyunçularımı təbrik edirəm. Amma istəmirəm ki, onlar arxayınlaşsınlar. İlk hissədə yaxşı oynadıq. 2-ci hissədə isə həqiqətən də pis idik. Ən önəmlisi odur ki, 3 xal qazandıq.

    – Komandada nələri dəyişə bildiniz?
    – 4-3-3 sistemi ilə oynamağa üstünlük verdik. Deyə bilmərəm ki, çox şeyi dəyişmişik. İstəyirəm ki, orta xətt oyunçularımızdan biri daha çox irəli getsin. Bu, ilk hissədə yaxşı idi. 2-ci hissədə performansımız aşağı düşdü. Oyun ərzində bəzi şeyləri dəyişdik. Daha yaxşı olmalıyıq. Hazırda 3-cü yerdəyik. Zamanla inkişaf edəcəyik. Bunu əminliklə deyirəm. Bəzi problemlərimiz oldu. Amin Seydiyevin qızdırması var idi, son 2 məşqi buraxmışdı.

    – Qarşınıza konkret hədəf qoyulub?
    – Xeyr. Mən özüm öz qarşıma məqsəd qoymuşam. Komandamızın potensialı var ki, mövsümü 2-ci pillədə bitirsin. Futbolçulara dedim ki, böyük məqsədləriniz varsa, bunu edə bilərsiniz. İnanıram ki, mövsümü 2-ci pillədə bitirə biləcəyik. Qarşıda 10 oyun var. Bu da 30 xal deməkdir.

    – Azərbaycanda bir çox xorvatiyalı məşqçi, futbolçu çıxış edib. Bura gəlmədən öncə kiminlə əlaqə saxladınız?
    – Səmimi olmaq lazımdır. İlk olaraq Jelko Sopiçə ("Sabah"ın ilk əcnəbi baş məşqçisi) zəng etdim. O mənə klub haqqında müsbət fikirlər söylədi. Təklif etdi ki, bu şansdan istifadə edim. Robert Prosineçkiyə də zəng etdim. Biz dostuq. O da çox yaxşı şeylər dedi.

    – Əlinizdə olan heyətdən məmnunsunuz? Komandadan gedəcək futbolçular barəsində fikirləriniz var?
    – Bu, bir prosesdir. Hər transfer pəncərəsində istəyirsən ki, daha da inkişaf edəsən. Bütün dünyada belədir. Əlbəttə ki, yayda bəzi dəyişikliklər edəcəyik. Bizdə icarədə olan futbolçular var. Bəzilərinin müqaviləsi bitir.

    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved