Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Onun əsas komandadan göndərilməsi nizam-intizamla bağlı idi" – Adil Şükürov
    9.03.2024 17:44:44

    "Kəpəz" Azərbaycan Premyer Liqasının XXVI turunda Tovuz şəhər stadionunda "Neftçi" ilə 3:3 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisiAdil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Azarkeşlərimizə təşəkkür edirəm. Qalib də gələ bilərdik. Üstün olduğumuz anlarda qollar buraxdıq. Amma deyərdim ki, bu gün 1 xal qazandıq. Maraqlı derbi alındı. Komandama təşəkkür edirəm. Futbolçular əziyyət çəkdi, sona kimi vuruşdular. Bizə lazım olan 1 xalı qazandıq. Məqsədimiz Premyer Liqada qalmaqdır. Bunun üçün də xallar qazanmalıyıq.

    – Rəqib baş məşqqçi bildirdi ki, "Kəpəz" bundan sonra oyunlarını Sumqayıtda keçirəcək. Bu nə dərəcədə həqiqətə uyğundur?
    – Belə bir şey yoxdur. Bilmirəm ki, bu fikir haradan çıxıb. "Azərsun Arena" haqqında nəsə desəydilər, inandırıcı olardı. Rəhbərliklə bu barədə danışırıq. Stadion axtarırıq. Hansı bizə uyğun olsa, orada oynayacağıq. Sumqayıt bizim üçün uzaqdır. Futbolçular üçün asan yollar axtarırıq.

    – Bu gün Filip Ozobiç "Kəpəz"ə 3 qol vurdu. Müdafiəçiləriniz onun qarşısını ala bilmirdi?
    – Heç bir komandaya qarşı xüsusi tapşırıq vermirik. Sadəcə, diqqətsizlik oldu ki, Filip Ozobiç bu gün 3 dəfə fərqləndi.

    – Siz gələndən sonra "Kəpəz"də məhsuldarlıq artıb. Bunu necə bacardınız?
    – Komanda hücum etməyi bacarmalıdır. Amma müdafiədə problemlər var, çox qol buraxırıq. Bunun üzərində işləməliyik. Xoşbəxtliyi daha çox rəqib qapısında axtarmağa çalışırıq.

    – Giorgi Papunaşvili "Sumqayıt"la oyunda əvəzlənərkən etiraz etmişdi. Onun bu gün oynamaması həmin olayla bağlı idi?
    – Bununla bağlı deyil. Onu əsas heyətdə düşünmüşdük. Matçdan əvvəl dedi ki, qasıq nahiyyəsində ağrı hiss edir. Bu gün onu qorumaq istədik. Bütün futbolçularımıza inanırıq. 

    – Adama Nyan nə vaxta qədər əvəzedici heyətdə qalacaq?
    – Onun əsas komandadan göndərilməsi daxili nizam-intizamla bağlı idi. Hələ ki orada qalacaq.

    Futbol

    Çempionlar Liqası: "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18
    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çempionlar Liqası: "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved