“Qəbələ” Premyer Liqanın XXVI turunda “Sabah”la qarşılaşacaq.
Prosport.Az xəbər verir ki, matç “Bank Respublika Arena”da keçiriləcək.
"Qırmızı-qaralar" görüşün hazırlığını başa vurub. Samuel Tete, Asif Məmmədov və Nicat Əliyev bərpa prosesi keçirlər. Lukas Afriko isə cəzalıdır.
Xatırladaq ki, sabah “Bank Respublika Arena”da keçiriləcək görüş saat 17:30-da başlayacaq.

