Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə I Liqasının XXVI turunun açılış matçında qələbə qazanıb.
Prosport.Az xəbər verir ki, "Boluspor" doğma azarkeşləri önündə autsayder "Girəsunspor"u 2:1 məğlub edib.
Ötən tur "Göztəpə" ilə matçda ehtiyatda qalmış Vüsal İsgəndərli oyuna 88-ci dəqiqədə daxil olub. O, serbiyalı hücumçu Petar Qiqiçi əvəzləyib.
Qeyd edək ki, bu qələbə ilə "Boluspor" xallarını 42-yə yüksəldib və 6-cı pilləyə qalxıb. Bu pillə isə komandanın Super Liqaya çıxması üçün pley-off mərhələsində oynamasına imkan verir.

