Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “2-ci hissədə fikrimiz geri çəkilib hesabı qorumaq deyildi" – Toral Bayramov
    8.03.2024 23:22:42

    “Oyuna yaxşı başlamışdıq. Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirirdik. Nəticədə də fasiləyə qədər rəqib qapısından 2 qol keçirdik”.

    Prosport.Az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Toral Bayramov “Bayer”ə qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununu şərh edərkən deyib.

    O, fasilədən sonra yalnız hesabı qorumaq barədə düşünmədiklərini bildirib: “2-ci hissədə meydana çıxanda fikrimiz geri çəkilib hesabı qorumaq deyildi. Hətta növbəti qol və qollar vurub hesab arasındakı fərqi artırmaq istəyirdik. Təəssüflər olsun ki, rəqib səhvimizdən yararlandı. Əvvəlcə hesab arasındakı fərqi azaltdılar, sonda isə qələbəni əldən verdik”.

    Toral Bayramov 2:2-nin yaxşı nəticə olduğunu vurğulayıb: “Ümumilikdə pis oynamadıq, əlimizdən gələni etdik. Məncə, Azərbaycan futbolu adına pis nəticə deyil. Əsas odur ki, məşqçinin tapşırıqlarını yerinə yetirdik”.

    23 yaşlı futbolçu hansısa komponentdə rəqibdən geri qalmadıqlarını qeyd edib: “Hesabı qoruya bilməməyimizi təcrübə ilə əlaqələndirməzdim. Yaxud, bunun fiziki yorğunluqla bağlı olduğunu da düşünmürəm. Meydanda mübarizə başabaş idi. Heç bir cəhətdən rəqibdən geri qalmırdıq. Hətta bəzi məqamlarda üstün idik də”.

    “Qarabağ”ın müdafiəçisi cavab görüşündən də söz açıb: “Düzdür, ilk növbədə çempionat oyunu düşünməliyik. Yalnız “Zirə” ilə görüşdən sonra “Bayer”lə cavab matçına hazırlaşacağıq. Çalışacağıq ki, ardını səfərdə gətirək. Azarkeşləri yaxşı nəticə ilə sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

    Futbol

    Çempionlar Liqası: "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18
    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çempionlar Liqası: "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved