Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "O, topu çıxarmağa yavaş gedirsə, yeməyə də eyni cür gedir" – Samir Abasov
    8.03.2024 22:35:29

    "Futbolçularımı təbrik edirəm, əzmkar qələbə idi. Bilmirəm ki, bu qələbəni bəxtə bağlamaq olar, ya yox. Oyun başlayanda epzidolarımız var idi. 2-ci yarıda rəqibin təzyiqini gözləyirdik. Futbolçularıma, azarkeşlərimizə təşəkkür edirəm. Uduzduğumuz oyunun üzərində çox dayanmağı xoşlamıram. Rəqibi təbrik edirəm. "Kəpəz"lə oyunda üzərində çox dayanacaq səhvlərimiz də yox idi. Həmin matçdan cəmi 3 epizodu kəsib uşaqlara göstərmişdim. Pis deyildi, problemimizi bilirəm. "Turan Tovuz"la görüşdə də qələbə qazana bilməməyimizin səbəbini bilirəm. Sadəcə, bunu açıqlaya bilmərəm. Rəqiblərə material vermiş olaram. Amma özüm bilirəm. O da komandanın içində baş verən problem deyil. Ehtiyat skamya çox güclü olmalıdır. Problem sırf bunda idi. "Səbail"ə uduzsaydıq, böyük problem olmayacaqdı. Uduzsaydıq, ondan yaxşı nəticə çıxarardım. Çünki yeni yaradılan komandanın onurğasını qurmaq istəyirəm". 

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXVI turunun "Səbail"lə oyunundan (1:0) sonra keçirilmiş mətbuat konfransında deyib. O daha sonra jurnalistlərin suallarını cavablandırıb:

    – Masaki Murataya oyundan sonra hansı epizodu izah edirdiniz?
    – Oyuna baş məşqçi tapşırıqları ilə çıxırsan. Futbolçunu inkişaf etdirən məqam rəqib təzyiq göstərəndə verdiyi qərarlardır. Rahat olan vaxtı edirsənsə, təzyiq olanda niyə etmirsən? 1-2 məsələni ona başa salırdım. Bir az əsəbi idi. 1-2 oyunda sakit başa salırsan, birində də belə etmək lazımdır. Futbolda normal şeylərdir.

    – Vüqar Mustafayevin durumu nə yerdədir?
    – Hələ hazır deyil. Komanda ilə yavaş-yavaş məşq edir. 4-5 dəfə məşqə çıxıb, amma onda da qorumağa çalışmışıq. Ona xeyli vaxt lazımdır.

    – Şahin Diniyev "Sumqayıt"ın vaxtı uzatması ilə bağlı narazılıq edirdi. Hətta ilk yarıda bununla bağlı sizə səsləndi...
    – Onu eşitmədim. Şahin müəllim nə desə, mənim üçün qəbuldur. Futbolçular qalib gəlmək üçün belə edirsə, onları da qınaya bilmərəm. Məsələn, Mehdi Cənnətov topu çıxarmağa yavaş gedirsə, yemək yeməyə də eyni cür gedir. Bu onun təbiətidir. Şahin Diniyev deyirsə, görübsə, üzrlü hesab etsin.

    – Futbolçularınız son nöqtəni qoymaqda çətinlik çəkir. Bu nə ilə bağlıdır?
    – Səbəblər müxtəlifdir. Həmin vəziyyətdə onlar nə hiss edirlər? Mənim üçün nəsə demək çətindir. Məşqlərdə belə olmur. Məşqlərdə vəziyyət köhnə millimiz kimidir. Rahat oynayıb, qalib gəlirdik. Nə deyim? Həmin epizodlardan 1-2-ni də vursaydıq, mən də yerimdə rahat oturardım.

    – 2-ci yeri tutub avrokuboklara getsəniz, komandanın özəyini qura biləcəksiniz?
    – Bu, 1 il içərisində olan proses deyil. Bu qədər legionerimiz var və hamısı yüksək səviyyədədir deyə bilmərik. Seçilirlər, yerlilər gəlir, digərləri gəlir. Bir komandanın formalaşması üçün uzun müddət lazımdır. Xaricdə baş məşqçilərlə 3-4 illik müqavilə imzalanır. O isə deyir ki, bunu 4 ildən sonra edə bilərəm. Biz bunu öyrənməliyik. Bu il nə oldu ki, çıxıb avrokuboklarda qruplara düşək? Bu gün "Səbail" təzyiq etdi, öz oyunumuzdan çıxdıq. Bu qədər təzyiqləri nə qədər yaşamalıyıq, mən də baş məşqçi kimi sezməliyəm ki, hansı futbolçu belə durumda özünü rahat hiss edəcək. Komanda belə-belə formalaşmalıdır. Hər uduzduğumuz oyundan nəticə çıxaracağıq. Qalib gəldiyimiz oyun da bizə xoş motivasiya olacaq.

    – "Sumqayıt"da qalaraq Qurban Qurbanovun "Qarabağ"da etdiyinini ən azından 1/3-ni etmək fikriniz var?
    – O da yalnış düşüncədir. Çünki tək baş məşqçiyə aid olmayan məsələdir. Mən bayaq onurğadan danışdım. Bu gün "Sumqayıt"ın futbolçuları digər pullu komandalar üçün "yem"dir. Yaxşı mənada. Əgər mən istədiyim oyunçunu saxlaya bilməyəcəyəmsə, hansı onurğadan söhbət gedə bilər? Əfsuslar olsun, üzücü məqam odur ki, hər şeyi baş məşqçi etməlidir. Mən tək olaraq bu işi bacarmaram. Nəinki mən, heç kim bacarmaz. Azərbaycanda bizim üçün "Qarabağ" örnəkdir. Digər ölkələrdə də belə örnək var. Amma uzağa getmək lazım deyil, "Qarabağ" bizim üçün əsl nümunədir. Lakin tək etmək olmur. 

    – Son vaxtlar indiki və əvvəlki millidən hansının güclü olması müzakirə edilir. Maraqlıdır, siz necə düşünürsünüz?
    – Bu söhbət uzansa, gərək burada çox oturaq. Bu məsələ ilə bağlı sizə şəxsən müsahibə verə bilərəm. Kiminlə oturub danışmışam, indiki millidəkilərin hamısının məndən yaxşı futbolçu olduğunu demişəm. İndiki dayaq yarımmüdafiəçiləri bizim vaxtımızda oynaya bilərdi? Bu artıq sualdır. O qədər qaçmaq, o qədər mübarizə aparmaq. Belə suallar var. Ən yaxşı qapıçı Kamran Ağayevi, sağ cinah müdafiəçisi Mahir Şükürovu, mərkəz müdafiəçisi Rəşad Sadıqovu deyirlər. Mənim üçün ən güclü dayaq yarımmüdafiəçisi Emin Quliyev olub. Zaur Ramazanov, Zaur Tağızadə, Mahmud Qurbanov, Samir Əliyev kimi futbolçularımız var. Belə baxırsan, ən çoxu bizim futbolçu nəslindən seçilir. Bilmirəm, necə və nə ilə indikini müqayisə edirik? O vaxt biz ömür boyu müdafiədə oturmalıydıq. Berti Foqtsdan əvvəl də elə idi. Az qol buraxırdıq və o bizim üçün artıq nəticə idi. Biz də futbolçular olaraq köklənirdik ki, nəbadə qol vursunlar. İllər keçdi, internet dövrüdür, gördük ki, biz də oynaya bilərik. Heç kim inciməsin, özümü çıxıram, mənim dövrümdə olan və bayaq adını çəkdiyim futbolçular indiki millidə top səviyyədə olardılar. İndikilər bu ruhla bizim millidə olardılar? Bu da sualdır. 

    – Renat Dadaşov, yoxsa Vaqif Cavadov?
    – Branimir Subaşiç, Samir Əliyev, Zaur Ramazanov, Vaqif Cavadov, Fərrux İsmayılov, onlardan sonra Renat Dadaşov. 

    – AFFA-dakı seçkilərdən sonra futbolumuzun inkişaf edəcəyini düşünürsünüz? 
    – Uğursuz gedən komandaya yeni baş məşqçi gətirirsənsə, orada dərhal yaxşılığa doğru nəsə sezilir. Rəhbərlik və oyunçular da canlanır.

    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved