Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İçində qalırsa, xəstəlik tapırsan" – Şahin Diniyev
    8.03.2024 21:45:43

    "Sumqayıt"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün dinamik, rəngarəng, diqtə edən futbol oynadıq. Futbolda 3 nəticə olur, onları da normal qəbul etmək lazımdır. Məğlubiyyətə layiq deyildik. Əsasən də 2-ci yarıda göstərdiyimiz oyunla inkişaf yolunda olduğumuzu gördüm. Oyun varsa, mütləq nəticə də gələcək. Belə davam etsək, istədiyimiz yerlərə gəlib çıxacağıq. Penaltidən istifadə edə bilmədik, qol vəziyyətlərini sağa-sola xərclədik. Öz komandama təşəkkür edirəm. Fəxr edirəm ki, düşünən, hücumda rəngarəng oynayan komandam var. Bu oyunu unutmalı, növbəti matçlara köklənməliyik. Belə oynasaq, nəticə də gələcək. Əsas odur ki, artıq komanda böyüyüb, yaxşı futbol oynayır".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın XXVI turunun "Sumqayıt"la görüşündən (1:0) sonra keçirilmiş mətbuat konfansında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb:

    – Demək olar ki, hər dəfə "Səbail" oyuna zəif başlayır, sonradan üstünlüyü ələ alır. Bu nə ilə əlaqədardır?
    – 
    Biri var xarakter, biri də funksional hazırlıq. İlk hissə təzyiq edirik, rəqibin də gücü olur deyə, çətinlik çəkirik. Amma bu gün funksional hazırlığı yaxşı olan komandayıq. 2-ci hissədə xarakter göstərmək istəyirik. Gözlənilməz qol buraxdıq. Mütləq dəyişiklik etməliydik. Bəli, ilk və 2-ci hissəmiz arasında fərq var ki, bu da məni çox narahat edir. Həm psixoloji, həm funksional hazırlığın üzərində çalışmalıyıq. Bunu düzəldəcəyik.

    – "Qəbələ" ilə oyundan sonra demişdiniz ki, 2-ci yerə qalxmaq asandır, orada qalmaq çətindir. Bəlkə futbolçular psixoloji olaraq 2-ci yerə hazır deyil?
    – 
    Futbolçular anlayırlar. Bu gün futbol oynadıq, nəticə gəlmədi. Arxayınlıq yoxdur. Sevinirəm ki, komandamız böyüyür, özünəinamlı oyun oynayır. Problemlərimiz də var. Onları yoluna qoyduqdan sonra nəyəsə nail ola bilərik.

    – Ştatlı penalti vuran Aleksandr Ramalinqomdur. Amma o, meydandan çıxdı deyə, penaltini Pedru Nunu yerinə yetirdi. Ola bilər ki, məğlubiyyətə səbəb məşqçilər korpusudur? Əvəzetməni bir az gözlədə bilməzdiniz?
    – 
    Əvəzetmələr penaltidən qabaq hazır idi. Bizdə elədir ki, bir dəfə Ramalinqom vurur, bir dəfə Pedru. Bu dəfə məhz Pedrunun növbəsi idi. O, topu götürdükdən sonra əvəzetməni etdik. Amma bilsəydim ki, Ramalinqom vurmalıdır, əvəzetmə olmayacaqdı. Penalti elədir ki, topu kimsə götürdüsə, dəyişmək, ondan almaq olmaz. Bu, futbolun yazılmayan qanunudur. Gördüm ki, Ramalinqom kənara çəkilib, top Pedrudadır. 

    – Bu mövsüm Samir Abasova qarşı 3 oyun oynamısınız və uduzmusunuz. Demək olar ki, Abasov sizi çözüb, yoxsa komandanız "Sumqayıt"a qarşı oynaya bilmir?
    – 
    Deməzdim ki, hər 3 oyunda da məğlubiyyətə layiq idik. Əksinə, "Sumqayıt"dan üstün oynamışıq. Sumqayıtdakı görüşdə bərabər səviyyəli görüş getdi, avtoqolla uduzduq. Bu gün üstün idik. "Sumqayıt" qalib gəldisə, gələn dəfə də biz qalib gələrik. Böyük bir şey olmayıb. Nəticə baxımından uduzduq, oyun baxımından deyil.

    – Hakim idarəçiliyindən razı qaldınız?
    – 
    Məşqçilər emosional olur, nəsə içində qalırsa, xəstəlik tapırsan. Bütün epizodlara reaksiya veririk. O demək deyil ki, verdiyimiz reaksiyaların hamısı düzdür. Hakim çox yaxşı idarəçilik etdi. Bir şeydən narazıyam, "Sumqayıt" vaxtı uzadırdı. İlk hissədə vaxt əlavə edilmədi. 2-ci yarıdakı 5 dəqiqəlik əlavə vaxt isə çox az idi. Soruşdum, dedi VAR-ın göstərişi ilə vaxt artırılır. VAR hesablayıb deyir. Məncə, artırılmayan dəqiqələr oldu. Narazlığım tək vaxta görə idi. Yoxsa, Tural Qurbanov ideal hakimlik etdi. 

    - Komandadakı rəqabətdən razısınız?

    - Transfer pəncərəsi bağlanıb. İndi də hansısa problemlərimiz var. Hər şey yaxşı olacaqsa, problemli mövqelərə maydan sonra daha yüksək səviyyəli futbolçular dəvət olunacaq. Mərhələ-mərhələ edəcəyik. Ötən mövsüm 9-cu yer uğrunda mübarizə aparırdıq. Ona görə də bizə başqa futbolçular lazım idi. Amma komanda böyüyüb, daha iddialı yerlər uğrunda mübarizə aparmaq üçün az problemimiz qalıb. Onları da həll etsək, çox rahat oynayarıq. Rəqabətdən razıyam. Əlimizdə oyunun taleyini dəyişəcək futbolçular çoxdur. Problemlərimiz var. Onları həll etmək üçün zamana ehtiyac var. İndi istəsək də, edə bilmərik.

    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved