“Qarabağ”ın hücumçusu Juninyu Avropa klublarının diqqətini cəlb etməkdədir.
Prosport.Az "sportal"a istinadən xəbər verir ki, braziliyalı hücumçu üçün növbəti təklif Fransadan gəlib.
Belə ki, Liqa 1-də mübarizə aparan “Lans” Juninyunu yayda transfer etməkdə maraqlıdır.
Məlumata görə, Fransa klubunun skautları Juninyu üçün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” – “Bayer” görüşünü stadiondan canlı izləyib.
Qeyd edək ki, 27 yaşlı futbolçu ötən ilin iyulun 1-də “Qarabağ”a keçib. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

