Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    11 milyonun oynadığı virtual yarışın qalibi olan azərbaycanlı: "Arsenal" fanatıyam"
    30.05.2023 11:08:39

    İngiltərə çempionatı həvəskarları arasında keçirilən “Fantasy Premier League” yarışının qalibi müəyyənləşib.

    Prosport.Az xəbər verir ki, 11 milyon insanın qatıldığı oyunda həmyerlimiz Əli Cahangirov bütün rəqiblərini üstələyib. O, 2776 xalla hamı üçün əlçatmaz olub.

    33 yaşlı Əli Cahangirov Bakı sakinidir. Ötən ay hələ "Fantasy"də 1-ci sırada olarkən "Newsbeat"in reportyorları ondan müsahibə götürüb. "FPL Gunz" adı ilə yarışa qatılmış həmyerlimizin Britaniya mətbuatına verdiyi açıqlamanı təqdim edirik:

    "Fantasy"də 1-ci sırada olmağım bir az şansa bağlı məsələdir. Ancaq bir az öncəki turları planlaşdırmağımın, bütün komandaların xəbərləri, futbolçuların zədə durumları ilə maraqlanmağımın və Premyer Liqa oyunlarını izləməyimin mənə kömək olduğunu etiraf edirəm.

    Azərbaycanda “Arsenal”, “Mançester Yunayted”, hətta “Liverpul” və “Çelsi” kimi komandaların böyük fanat ordusu var. Bir çox azarkeş Premyer Liqanı izləyir və hər adi oyuna kimi baxır. Mən ömürlük "Arsenal" azarkeşiyəm, ona görə də bu mənim üçün sual deyil. Qalib gəlsəm, mütləq "Arsenal"ın oyununu izləyəcəyəm.

    Əminəm ki, "Arsenal" bu mövsüm çempion olacaq. "Mançester Siti" bizim arxamızdadır, amma əminəm ki, biz onu üstələyə bilərik" (düzdür, sonradan "Arsenal" liderliyi "Siti"yə uduzdu – red.).

    Qeyd edək ki, “Fantasy Premier League”dı iştirakçı virtual büdcə daxilində daha yaxşı performans göstərəcəyini hesab etdiyi 15 futbolçudan ibarət heyət qurur və turnir ərzində onların çıxışına görə xallar qazanır, yaxud itirir. Qalib üçün pul mükafatı nəzərdə tutulmasa da, 1-ci yeri tutan üçün Böyük Britaniyada 7 gecə qalma və növbəti mövsümün 2 Premyer Liqa matçını izləmə şansı əldə edir.

    Futbol

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45
    Futbol

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18
    Futbol

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31
    Futbol

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55
    Futbol

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50
    Futbol

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved