"Qarabağ" matça çox yaxşı hazırlaşmışdı. Hətta qələbə qazana da bilərdilər".
Prosport.Az xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" – "Bayer" matçından sonra qonaqların üzvü Florian Virts deyib.
Almaniya millisinin 20 yaşlı üzvü Ağdam təmsilçisinin çox inamlı oynadığını bildirib: "Qarabağ" ilk hissədə möhtəşəm oyun sərgilədi. Layiq olduqları qolları vurdular. 2-ci hissədə şanslarımızdan istifadə etdik. Son dəqiqələrdə qələbə qolunu da vura bilərdik".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

