“Qəbələ” klubu israilli futbolçu Qilad Abramov ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Ötən ilin iyulundan "Qəbələ"də çıxış edən legioner qırmızı-qara formada 23 matç keçirib.
Qilad Abramov Premyer Liqada 19, Azərbaycan Kubokunda 2, UEFA Avropa Konfrans Liqasında 2 oyunda iştirak edib.

