UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ" - "Bayer" matçında bloqerlər olmayacaq.
Prosport.Az-ın məlumatına görə, Ağdam klubu bu dəfə bloqer kimi akkreditasiya almaq istəyən şəxslərə belə şans yaratmayıb.
Buna səbəb isə klubun bundan öncəki mərhələdə "Braqa" ilə görüş zamanı qapı arxasında fotoqraf kimi qeydiyyatdan keçmiş bloqerlərin UEFA tələblərini pozmasıdır.
Qeyd edək ki, "Qarabağ" - "Bayer" oyunu bu gün saat 21:45-də başlayacaq.

