AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında çıxış edən 4 komandaya texniki məğlubiyyət verib.
Prosport.Az xəbər verir ki, bunlardan ikisində komandalardan 1-i təyin edilən vaxtda meydana çıxmayıb, 2-də isə heyətdə yetərsay olmayıb.
U-10 Liqasında “Lokomotiv” (Ucar) – “Kürdəmir” görüşündə birincilər, U-11 Liqasında “Aran” (Şirvan) – “Hacıqabul-Şərq” matçında isə ikincilər təyin olunan vaxtda meydanda olmayıb.
U-10 Liqasında “Metak”la görüşdə “Şahdağ”ın, “Universal” FA ilə qarşılaşmada isə “Modern”in heyətində yetərsay olmayıb.
Nəticədə AFFA İntizam Komitəsi “Lokomotiv”, “Hacıqabul-Şərq”, “Şahdağ” və “Modern”ə 0:3 hesablı texniki məğlubiyyət verib.

