“Sabah”ın sabiq futbolçusu Aleksey Kaşşuk İspaniya klubuna keçə bilər.
Prosport.Az xəbər verir ki, Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi La Liqanın bir neçə komandasının maraq dairəsinə düşüb.
23 yaşlı oyunçu uğrunda mübarizədə “Jirona” favorit göstərilir. Hazırda ölkə çempionatında “Real”dan sonra 2-ci pillədə qərarlaşan “ağ-qırmızılar” 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasında çıxış etməyə yaxındır.
Ukraynalı futbolçulara simpatiyası ilə seçilən baş məşqçi Miçel vinger mövqeyini məhz Kaşşukla gücləndirmək arzusundadır. Oyunçunun “Şaxtyor”la müqavilə müddətinin mövsümün sonuna qədər olması jironalıları daha da həvəsləndirir.
Qeyd edək ki, Aleksey Kaşşuk ötən mövsüm icarə əsasında “Sabah”ın formasını geyinib.

