Almaniyanın “Bayer" klubu “Qarabağ”a qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarında ehtiyat qapıçıya güvənəcək.
Prosport.Az xəbər verir ki, bunu komandanın baş məşqçisi Şabi Alonso deyib.
İspaniyalı mütəxəssis bildirib ki, həm Bakıdakı, həm də Leverkuzendəki qarşılaşmada 2-ci qapıçı – çexiyalı Matey Kovarj "çərçivə"də dayanacaq. 42 yaşlı çalışdırıcı əsas qolkiperləri olan kapitan – Finlandiya millisinin slovakiyalı qapıçısı Lukas Qradetskini Bundesliqa matçları üçün qoruyacağını etiraf edib.
Qeyd edək ki, komandalar arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə reallaşacaq.

