Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev xəstəxanadan evə buraxılıb.
Prosport.Az xəbər verir ki, bir müddət öncə insult keçirən 51 yaşlı mütəxəssisin hazırda səhhəti yaxşıdır.
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

