"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın "Bayer" klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi fransalı Benua Bastyendir.
UEFA Avropa Liqası
1/8 final, ilk oyun
7 mart
21:45. "Qarabağ" - "Bayer" (Almaniya)
Baş hakim: Benua Bastyen (Fransa).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

