Azərbaycan Premyer Liqasının XXVII turunun "Zirə" – "Kəpəz" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparıldığı üçün PFL-ə müraciət edib.
Stadionun son durumunun fotoları və mütəxəssis rəyləri nəzərə alınaraq "Zirə" – "Kəpəz" matçının mərkəzi arenada təşkili qərara alınıb. Matç martın 16-da saat 16:00-da keçiriləcək.
Qeyd edək ki, “Zirə” Azərbaycan Kubokunun yarımfinal oyunundan etibarən Zirə İdman Kompleksinin stadionuna qayıdacaq.

