Azərbaycan futbolunda maraqlı hadisə yaşanıb.
Prosport.Az xəbər verir ki, 56 yaşlı veteran futbolçu Rövşən Əhmədov Region Liqasında meydana çıxıb.
O, "VT Gəncə"nin heyətində "Şəki" ilə oyunda (1:1) start heyətində yer alıb.
Qeyd edək ki, Rövşən Əhmədov "Kəpəz"in "qızıl" heyətində çıxış edib. O, Gəncə klubunda Azərbaycan çempionu olub və kuboku qazanıb. Həmçinin, çempionatın bombardiri olub.

