UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" və Almaniya “Bayer"i arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb.
Prosport.Az xəbər verir ki, matçı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Referi Benoit Bastienə Hiçam Zakrani və Aurelien Bertomieu köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Ceremi Piqnar yerinə yetirəcək. VAR hakimi Benoit Millo olacaqsa, ona Erik Uattelye kömək edəcək.
Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.

