"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros karyerasını Çində davam etdirəcək.
Prosport.Az xəbər verir ki, 33 yaşlı futbolçu "Şenzen Penq Siti" klubu ilə anlaşıb.
2015-2016 mövsümündə “Qarabağ”ın şərəfini qorumuş Kuba əsilli isveçli futbolçu Ağdam klubunun heyətində 23 oyuna 7 qol vurub. O, Belçikanın "Anderlext", Niderlandın "Feyenoord", "Herakles", İtaliyanın "Benevento" kimi klublarında da oynayıb. Onun son klubu Səudiyyə Ərəbistanının "Əl-Xulud" komandası olub. Yanvarın 14-də Samuel Armenteros son klubu ilə müqaviləsini pozmuşdu.

