Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Derbinin "Bayer"lə oyuna müsbət təsiri olacaq" – Bəhlul Mustafazadə
    4.03.2024 10:49:40

    “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlama verib.

    Prosport.Az xəbər verir ki, müdafiəçi əvvəlcə oyun haqda təəssüratları ilə bölüşüb: "Düşünürəm ki, bütün tamaşaçılar üçün maraqlı oyun oldu. Hesab onların da xeyrinə bitə bilərdi. Amma biz daha diqqətli olduq və vacib oyundan qabaq qələbə qazandıq".

    O, "Neftçi" ilə matçın çətin keçdiyini qeyd edib: "Gərginlik var idi. 2-ci qolu vurub hesabı bərabərləşdirə bilərdilər. Rəqibi əks hücumlarda yaxaladıq və 3-cü, 4-cü qolları vurduq. Düşünürəm ki, bərabər səviyyəli oyun keçdi. Lakin biz əlimizə düşən fürsətləri daha yaxşı dəyərləndirdik". 

    B.Mustafazadə "Neftçi" ilə matçın UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə oyuna müsbət təsir edəcəyini bildirib: "Bayer"lə görüşdən öncə belə bir oyuna, derbiyə çıxmaq çox önəmli idi. Düşünürəm ki, yaxşı mübarizə apardıq. Amma bəzi səhvlərimiz var idi ki, onları analiz edib "Bayer"lə oyundan əvvəl aradan qaldırmağı çalışacağıq".

    27 yaşlı müdafiəçi "Turnir cədvəlində böyük fərqlə 1-ci yerdə olan komanda növbəti oyunlara necə motivasiya olur?" sualına belə cavab verib: "Onu Qurban müəllim daha yaxşı bilir. O bizə daha yaxşı motivasiya verə bilir. Heç bir şeydən asılı olmayaraq, bütün oyunlara daha diqqətli, daha yaxşı çıxmağı və öz idman formamızı qorumağı tapşırır. Düşünürəm ki, bundan sonra da motivasiya tapacağıq". 

    Bəhlul Mustafazadə bu görüşdən sonra "Bayer"i daha yaxından analiz edəcəklərini bildirib: "Fərdi olaraq bütün oyunçular imkan tapdıqda izləyir. Ümumiyyətlə isə onlar bizə tanışdır. Bu oyundan sonra hazırlıq mərhələsində daha yaxından tanış olacağıq. Məşqçilər rəqib haqqında daha çox məlumat verəcək". 

    "Qarabağ"ın mərkəz müdafiəçisi "Bayer"lə qrup mərhələsindəki oyundan sonra hər iki komandanın gücləndiyini bildirib: "Düşünürəm ki, daha yaxşı olublar. Biz də daha çox inkişaf etmişik. Hesab edirəm ki, bizi daha maraqlı və daha gərgin oyun gözləyir".

    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved