Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Prosport.Az Xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Səbail"i qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib. "Qırmızı-qaralar"da 13-cü dəqiqədə Urfan Abbasov, 26-cı dəqiqədə Osama Xalayla fərqlənib. Qonaqlarda 58-ci dəqiqədə Yusif Nəbiyev, 65-ci dəqiqədə Rüfət Abdullazadə, 90+1-ci dəqiqədə Nir Bardea adını taploya yazdırıb.
Bundan əlavə, "Qəbələ"nin müdafiəçisi Lukas Afriku 41-ci dəqiqədə qırmızı vərəqə görərək meydandan qovulub.
Xallarının sayını 37-yə çatdıran "Səbail" hələlik 2-ci pillədə qərarlaşıb. 15 xala malik bölgə klubu sonuncudur.
Qeyd edək ki, günün 2-ci görüşündə "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Daha əvvəl "Kəpəz" səfərdə "Sumqayıt"ı (3:1), "Sabah" evdə "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Zirə" – "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib – 1:1.

