"Sabah" Azərbaycan Premyer Liqasının XXV turunda öz meydanında "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib.
Prosport.Az xəbər verir ki, Masazır təmsilçisinin məşqçisi Ruslan Qafitullin matçdan sonra keçirilən mətbuat konfansında jurnalistlərin suallarını cavablandırıb:
– Həftə ərzində oyunçularımıza rəqibin üstün və zəif tərəflərini göstərmişdik. Onları təbrik edirəm. Göstərişlərə əməl etdilər. İlk hissədə qol epizodlarımız çox idi. İstifadə edə bilmədik. 2-ci yarıda oyun bir az bərabərləşdi. Amma əlimizə düşən fürsətlərdən istifadə edə bildik.
– Sizin "Sabah"ın məşqçisi kimi son oyununuz olduğunu düşünmək olar?
– Yeni baş məşqçi ilə bağlı məlumatım yoxdur. Nəsə deyə bilmərəm.
– Hakimliyi necə şərh edərdiniz?
– Hakimlərdən danışmağı xoşlamıram. Bəzi məqamlarda narazı idik. Rəqibin cərimə meydançasında futbolçumuza açıq ayaqla vurdular.

