Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, “Sabah” öz meydanında “Araz-Naxçıvan”la qarşılaşıb.
Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Hesab fasilədən sonra açılıb. 54-cü dəqiqədə meydan sahiblərinin oyunçusu Emmanuel Ape yaxın məsafədən toru silkələyib. Qarşılaşmada son nöqtəni 90+7-ci dəqiqədə Kahim Paris qoyub. Beləliklə, 2:0 hesablı qələbə qazanan bakılılar xallarının sayını 34-ə yüksəldib. Naxçıvan təmsilçisi isə 31 xalda qalıb.
Qeyd edək ki, ötən gün “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1) məğlub edib, bu gün “Zirə” ilə “Turan Tovuz” (1:1) bərabərə qalıb. Tura martın 3-də keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

