Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mən buna biabırçılıq deməzdim" – Rəşad Sadıqov
    2.03.2024 19:26:22

    "Zirə" Azərbaycan Premyer Liqasının XXV turunda öz meydanında "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – İlk hissə bizim üçün olduqca ağır keçdi. Gözlənilməz hadisələr baş verdi. Əslində oyuna çox yaxşı başlamışdıq. Məqsəd İsayev zədələndi, meydanda azlıqda qaldıq. Rəqib dərhal bundan istifadə etdi və hesabda irəli çıxdı. Bundan sonra oyunu düzəltməyə çalışırdıq ki, Rafael Utziq zədələndi. Meydana buraxmağa hücumameyilli oyunçumuz yox idi. Yenə də dəyişiklik edib mübarizəmizi davam etdirdik. Daha sonra qırmızı vərəqə ilə azlıqda qaldıq. Bu qədər hadisələrdən sonra 2-ci hissədə yaxşı mübarizə aparıb, çox vacib 1 xal qazandıq. Oyundan öncə hər birimiz, təbii ki, qələbəyə köklənmişdik. Baş verən hadisələrdən sonra bərabərlik də bizim üçün qızıla bərabər idi.

    – Oyunda qırılma nöqtəsi zədələr oldu, yoxsa qırmızı vərəqə?
    – Hamısı bir-birindən önəmli idi. Hücum oyunçularımızı əvəzləməyə futbolçu yoxdur. Zədələrdən sonra hücumdakı kreativliyimiz aşağı düşdü. Amma "qırmızı"dan sonra rəqib daha ürəkli oynadı. Biz bir az da demotivasiya olduq. İlk yarıda son 10 dəqiqə bizim üçün çox ağır keçdi. Amma fasilədən sonra futbolçular daha inamlı idi. Yaxşı fürsət yarandı, penaltidən istifadə edib hesabı bərabərləşdirdik. Ayxan Abbasovun komandası xoş sözlərə layiqdir.

    – Sesar Mesa Kolyini transfer etdiniz. Bu keçid nə dərəcədə uğurlu olacaq?
    – İstərdim ki, yanvar ayından komandada olsun. Çoxsaylı zədələri nəzərə alaraq rəhbərliklə danışdıq. Biz daha çox forvard götürmək istəyirdik. Hücumçunun əvəzinə Mesa Kolyini gətirdik. Sonuncu rəsmi oyununa 10 ay bundan əvvəl çıxıb. Təbii ki, formaya düşməsi üçün vaxta ehtiyacı var. Amma bizim də vaxtımız yoxdur. Yavaş-yavaş komandaya faydalı ola biləcək. Məqsəd və Utziq də zədələndi. Onların zədəsinin nə qədər çəkəcəyini bilmirik. Bu yöndə çox ciddi sıxıntılarımız var. Çalışacağıq ki, öhdəsindən gələk.

    – 3 mərkəz müdafiəçisi ilə oynamağınız sırf rəqibə görə idi?
    – Rəqib faktoru da var idi. Məqsədin zədəsi bütün planlarımızı alt-üst etdi. Bu gün 1-2 oyunçu itirdikdə, bu, bütün oyun planına, sistemə təsir edir. Bəzi oyunçuları dəyişməyə futbolçu yoxdur. Digər səbəb də Qismət Alıyevin cəzalı olması idi. 35-40-cı dəqiqədə Pyer Zeblini meydana buraxıb 4-lü müdafiə sisteminə dönmək istəyirdik. O dəqiqələrdə də İssa Cibrila qırmızı vərəqə aldı. Oyun düşündüyümüz kimi getmədi.

    – Rüstəm Əhmədzadə və Filipe Paxtnan nə vaxt qayıdacaq?
    – Rüstəm ən azı 2-3 həftə sonra komanda ilə məşqlərə başlayacaq. Paxtman isə mövsümü bitirib. Əməliyyatı planlaşdırılır.

    – AFFA prezidentliyinə seçkilər keçiriləcək. Bununla bağlı fikirləriniz necədir?
    – Azərbaycan futbolu üçün xeyirli, uğurlu olsun. İnşallah, futbolumuz irəli gedər.

    – "Qarabağ" sabah "Neftçi"ni məğlub etsə, 2-ci yerlə arasında 24 xal fərq olacaq. Sizcə, fərqin bu qədər çox olmasının səbəbi nədir?
    – Bu, "Qarabağ"ın gücü ilə bağlıdır. Görürsünüz ki, oyunlarda qələbə qazanmaq necə çətindir. Hər matçda meydanda amansız mübarizə gedir. Sıradan oyun yoxdur. "Qarabağ" bu mənada hamıdan fərqlənir.

    – Kazbek Tuayev xal fərqi ilə bağlı deyib ki, mən heç vaxt çempionatda belə biabırçı hal görməmişdim. Sizin fikriniz necədir?
    – Xeyr, biabırçılıq deməzdim. Çempionata yaxşı başlamışdıq. XIV tura qədər onlardan 1 xal irəlidə idik. "Qarabağ"la rəqabət aparmaq üçün hər komanda daha keyfiyyətli futbol oynamalıdır. Bu da bizim çempionatımızda asan deyil.

    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved