Murad Musayevin istefasından sonra baş məşqçi axtarışına çıxan "Sabah" nəhayət istədiyi mütəxəssisi tapıb.
Prosport.Az sports.az-a istinadən xəbər verir ki, bu axşam Masazırda "Araz Naxçıvan"ı qəbul edəcək komandanın yeni çalışdırıcısı xorvatiyalı Krunoslav Renduliç olacaq.
50 yaşlı mütəxəssis 2018-ci ildən baş məşqçi kimi işləməyə başlayıb. O bu müddətdə Xorvatiyanın "İstra 1961", "Şibenik", "Qoritsa", Bosniya və Herseqovinanın "Zrinski" klublarını çalışdırıb.
Murad Musayevin istefasından sonra "Sabah"da baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq İqor Ponomaryov icra edirdi.

