Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzi klublar stadionlarını bizə vermədi" – Adil Şükürov
    1.03.2024 21:57:38

    "Kəpəz" Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Tam istədiyimiz kimi gözəl, baxımlı futbol olmadı. Nəticə daha önəmli idi. Çalışdıq ki, nəticəyə oynayaq. Son dəqiqələrdə müdafiəyəmeyilli və sürətli futbolçuları meydana buraxdıq. Bu da öz bəhrəsini verdi. Bizim üçün vacib olan 3 xal idi, onu da qazandıq.

    – Giorgi Papunaşvili əvəzlənərkən narazı görünürdü. Bu nə ilə bağlı idi?
    – İstəyirdik ki, meydanda komandaya fayda verən futbolçular olsun. Papunaşvili çox yorulmuşdu. Mate Kvirkia da tam istədiyini edə bilmirdi. Papunaşvili əsas oyunçularımızdan biridir və komandanı öz arxasınca aparır. O dayananda komanda da dayanır. Narazılıq yoxdur.

    – Artıq demək olar ki, Premyer Liqada qalmağı təmin etmisiniz. Bundan sonrakı hədəfiniz nə olacaq?
    – Həmişə deyirik ki, qabağa baxmaq və öndəki rəqiblərə köklənmək lazımdır. Bu gün qələbə qazandıq. Amma tam olaraq futbol oynamadıq. İlk "3-lük"də olan rəqibə qarşı sırf müdafiədən oynadıq. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıda oyunlar çoxdur. Çox şeylər dəyişə bilər. Bizim ev oyunları ilə bağlı problemimiz var. Bunu həll etməliyik. Bəzi komandalar bizə öz stadionlarını vermədi. Buna görə də davamlı olaraq səfərdə oynamalıyıq. Premyer Liqada qalmağı təmin etmək üçün hələ 4-5 oyunda da qalib gəlməliyik. Əsas hədəflərimizdən biri də gəncəli iş adamlarını komandaya cəlb etməkdir. "Kəpəz" Premyer Liqada qalsa, ümid edirik ki, iş adamları da Gəncənin komandasına sahib çıxar.

    – Tovuzda, yoxsa Bakıda oynamağa üstünlük verəcəksiniz?
    – Təbii otda məşq edib, Tovuzda süni meydanda oynamaq çətindir. Belə olan halda futbolçuların zədələnmə ehtimalı da artır. Məsafə baxımından Tovuz bizim üçün əlverişlidir. Amma oyun baxımından təbii meydança olsa daha yaxşıdır. "Neftçi"ni Tovuzda qəbul edəcəyik. Ondan sonrası qeyri-müəyyəndir. Rəhbərliklə danışırıq. Ümid edirik ki, təbii meydança tapılacaq. Bu da yalnız Bakıda var. Belə olduqda da biz əlavə vaxt itiririk. Bütün bunları nəzərə alıb addım atmalıyıq.

    – Kaxaber Sxadadzenin "Qəbələ"yə baş təyin olunmasının sizə necə təsiri olacaq?
    – Biz məşqçinin getməyini heç vaxt istəmərik. Elmar müəllim (Elmar Baxşıyevi nəzərdə tutur – red.) yaxşı komanda qurmuşdu. Yəqin ki, bəzi nüanslara görə komanda uduzurdu. Sxadadzenin gəlişi bizim üçün narahatlıq deyil. Əsas öz nəticələrimizi fikirləşirik.

    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved